Regionda kənd turizminin inkişafı istiqamətində tədbirlərin təşkili

  • LAYİHƏNİN ADI : Regionda kənd turizminin inkişafı istiqamətində tədbirlərin təşkili
  • DONOR: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (2018-ci ilin 1-ci qrant müsabiqəsi qalibi)
  • LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ: Layihənin məqsədi Göygöl və Daşkəsən rayonlarında kənd turizminin imkanlarını öyrənmək, kənd turizminin inkişafı üçün yerli sakinləri səfərbər etmək, yerli əhali arasında kənd turizminə maraq yaratmaqla ekoloji mühitin qorunmasına töhvə verməklə bərabər, əhalinin maddi rifahının yüksəldilməsinə dəstək göstərmək, ixtisaslı bələdçilərin hazırlanması, turistlərə xidmət göstərəcək sakinlərə müxtəlif istiqamətlərdə təlimlər vermək, regionda fəaliyyət göstərən turizm şirkətlərinin diqqətini kənd turizminə yönəltmək, regionda turizmin inkişafına dəstək olmaqla, ölkəmizin sürətlə inkişaf edən turizminə töhvə vermək.
  • LAYİHƏNIN MÜDDƏTİ: 01.05.2018 – 01.08.2018
  • LAYİHƏNIN BÜDCƏSİ: 7000.00 AZN (yeddi min manat)