Regionda bloggerlik/vloggerlik fəaliyyətinin inkişafı üçün video dərslərin hazırlanması və təbliği

LAYİHƏNİN ADI: Regionda bloggerlik/vloggerlik fəaliyyətinin  inkişafı üçün video dərslərin hazırlanması və təbliği.

DONOR: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (2019-cu il 4-cü qrant müsabiqəsinin qalibi)

LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ: Regionda gənclər arasında bloggerlik/vloggerlik fəaliyyətini təbliğ etmək, bu fəaliyyətə aid azərbaycan dilində başa düşülən tərzdə video təlim materialı hazırlamaq, Gəncə və Göygöldə 3 fərqli auditoriyada 60 nəfər maraqlı olan gənclərə video dərs olan disk təqdim etməklə bu fəaliyyətlə məşğul olmaları üçün kömək etmək.

LAYİHƏNİN MÜDDƏTİ: 01.08.2019 – 31.10.2019

LAYİHƏNİN BÜDCƏSİ: 7000.00 AZN (yeddi min manat)