Məşğulluğun təmin olunması məqsədilə regionda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə dəstək layihəsi

LAYİHƏNİN ADI: Məşğulluğun təmin olunması məqsədilə regionda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə dəstək layihəsi.

DONOR: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinin qalibi.

LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ: Göygöl eləcədə ətraf rayonlarda müvəqqəti məskunlaşan bir qrup məcburi köçkünün fərdi və ya icma şəkilində işləyib pul qazanmalarına dəstək olunacaq. Bu məqsədlə qeyd olunan coğrafiyada müvəqqəti məskunlaşan məcburi köçkünlər müəyyən ediləcək. Onlarla yaxından işlənib biznes və ya əmək  fəaliyyəti ilə məşğul olmaları üçün mütəxəssis, iş adamları və kredit müəssisələrinin nümayəndələri ilə görüş təşkil olunacaq istər peşə istərsədə kiçik kapital tələb edən mikro biznes qurmaları üçün lazımı bilik və bacarıqlar aşılanacaq

LAYİHƏNİN MÜDDƏTİ: 01.05.2020 – 31.08.2020

LAYİHƏNİN BÜDCƏSİ: 7000.00 AZN (yeddi min manat)