Pres reliz oktyabr 2019

Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən kütləvi informasiya
vasitələri nümayəndələrinə

Hörmətli KİV nümayəndəsi,

Aşağıda şərh olunan məlumatı geniş oxucu kütləsi üçün yayımlamanızı xahiş edirik.

“Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 4-cü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Regionda bloggerlik/vloggerlik fəaliyyətinin  inkişafı üçün video dərslərin hazırlanması və təbliği” layihəsini icra etmişdir.

Layihənin məqsədinə uyğun olaraq bloggerlik/vloggerlik fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan dilində başa düşülən tərzdə video dərs hazırlanmışdır. Qeyd olunan fəaliyyət haqqında maarifləndirmə, təbliğat işləri aparmaq və hazırlanmış video dərsliyin təqdimatını keçirmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə 7 oktyabr 2019-cu il tarixdə Göygöl rayon Gənclər mərkəzində, 08 oktyabr 2019-cu il tarixdə Gəncə şəhər Gənclər evində və 12 oktyabr 2019-cu il tarixdə Azərbaycan Texnologiya Universitetində 60 nəfərdən artıq iştirakçıya bu fəaliyyətlə bağlı geniş məlumat verilmiş, müzakirə aparılmış və hazırlanmış video dərslik iştirakçılara paylanmışdır.

Layihə çərçivəsində hazırlanan video dərsdən gələcəkdə də bu fəaliyyətə marağı olan vətəndaşlarımızın faydalana bilmələri eyni zamanda izləyicilərin yarana biləcək suallarını cavablandırmaq üçün həmin materiallar youtube portalında yerləşdirilmişdir.

Dərin hörmətlə,
Anar Əliyev
İdarə heyətinin sədri