Ümumi məlumat

“Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyi (bundan sonra Birlik) 28 noyabr 2016-cı il tarixdə təsisçilərin qərarı ilə təsis edilmiş və rəsmi dövlət qeydiyyatı üçün müraciət olunmuşdur. 28 dekabr 2016-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 1116-Q57-3454 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır.

Birliyin əsas məqsədi sosial və iqtisadi rifaha yardım etməkdən ibarətdir.

Birlik təşkilatı məqsədinə çatmaq üçün növbəti vəzifələri həyata keçirir: sosial və iqtisadi sahədə dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edir, əhalinin sosial rifahnın yaxşılaşdırılmasına dəstək edir, müvafiq sahədə xarici ölkənin müsbət təcrübəsini öyrənir. Birlik bu vəzifələri həyata keçirmək üçün sosial və iqtisadi inkişaf məqsədilə yerli icmaları səfərbər edir və bu sahədə təşəbbüslər icra edir, sosial cəhətdən zəif təbəqələr eləcədə məcburi köçkün ailələrlə bağlı dövlət tərəfindən həyata keçirilən fəaliyyətə dəstək verir, cəmiyyətin sosial məsuliyyəti və iqtisadi biliklərinin artırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirir, yerli və beynəlxalq qurumlarla əməkdaşlıq edir.